Adımızı qədim xovsuz xalça növü olan zilidən aldıq. Qarabağın, Qubanın, Şirvanın, Gəncə-Qazaxın naxışlarını taxtaya köçürür, onları gündəlik həyatın bir parçasına çeviririk: çay süfrəsinə, yaxaya, divara.

Azərbaycan xalçalarının əsrlik naxışlarını əl ilə taxtaya köçürürük. Hər parça İçərişəhərdəki emalatxanamızda doğulur.
Adımızı qədim xovsuz xalça növü olan zilidən aldıq. Qarabağın, Qubanın, Şirvanın, Gəncə-Qazaxın naxışlarını taxtaya köçürür, onları gündəlik həyatın bir parçasına çeviririk: çay süfrəsinə, yaxaya, divara.

Hər motiv konkret bölgənin xalçasından götürülür: Qarabağ, Quba-Şirvan, Gəncə-Qazax, Bakı.
Fıstıq, qoz və taxta lövhələr naxışın öz konturu ilə kəsilir. Arxasında brend damğası.
Hər ilmə rənglə yenidən toxunur. Eyni naxış heç vaxt iki dəfə tam eyni alınmır.
Mağazada gözünüz qarşısında hazırlanır, qutuya qoyulur, istəsəniz loqonuzla.
Kartın üzərinə gəlin, arxa tərəfini görün. Rəng kvadratlarına toxunun, variantları dəyişin. Və ya “Masa” rejiminə keçib parçaları əlinizlə gəzdirin.
Parçaları qutuya sürükləyin və ya toxunun. Qutu dolanda bağlayın, biz onu lent və istəsəniz loqonuzla hazırlayaq.
Konfranslar, bayramlar, xarici qonaqlar üçün. Naxışı, rəngi, qutunu və loqonu birlikdə seçirik. Korporativ qiymətlər üçün yazın.
Qutunun üzərinə loqo, lent rəngi və təbrik kartı əlavə edilir.
Mövcud naxışı dəyişirik və ya sizin üçün yenisini çəkirik.
Əksər məhsullar 10 günə 100 ədəd. Hər kartda müddət yazılıb.
Buxara karvansarasında nümunələrə toxunun, ustaları işləyərkən izləyin.
İçərişəhərdə, ölkə əhəmiyyətli abidə olan Buxara karvansarasındakı “BuxarArt” sənət məkanında. Burada hər gün əl işlərinin necə yarandığını izləyə və yerindəcə əldə edə bilərsiniz.
Qiymətlər pərakəndədir. Korporativ sifarişlər üçün xüsusi qiymət təklif edirik.